logo

Virus xassəli xəstəlikdir, yoluxucudur, zədələnmiş cinsiyyət üzvü ilə bilavasitə təmasda və ya partnyorun ağzında olan xoralardan keçir. Yoluxmanın əlamətləri təmasdan 1 ay sonra biruzə verir. Yoluxma zamanı ağızda və xarici üzvlərdə səpgilər əmələ gəlir, cinsi üzvlərdən irin ifraz olunur. Qızdırma, baş və əzələ ağrıları olur. Vaxtdan vaxta virus sanki "yatır". Elə bil xəstəlik geri çəkilir. Xəstəliyi yüngülləşdirmək üçün preparatlar var. Herpes xərçəng əmələ gətirə bilər və daxili üzvləri zədələyən xəstə anadan doğulan uşağın xəstəliyə yoluxma ehtimalı çoxdur (40-60%). Yeni doğulmuşlar arasında herpesə yoluxanların 40%-i ölür, qalanlarda isə baş beyin zədəsinin %-i çoxdur. Cinsiyyət üzvlərinin herpesi 1984-cü ildən geniş yayılmış xəstəlikdir, 1989-cu il göstəricisinə görə 20-65% seksual aktiv adamlardır. Əsas əlamətlər- cinsiyyət üzvlərində, bəzən anusda və sağrılarda ağrıların, qaşınan qovuqların olmasıdır. Sonra bu qovuqlar açılır (partlayır), quruyur və qabıq əmələ gətirir. Kişilərdə - qovuqlar cinsiyyət üzvündə, sidik kanalında yerləşir. Qadınlarda - cinsiyyət dodaqlarında, klitorda, uşaqlıq yolunda və uşaqlıq boynunda yerləşir. Bir qayda olaraq qovuqların əmələ gəlməsindən əvvəl bədən temperaturu yüksəlir, nasazlıq, baş ağrıları və bel ağrıları olur. Yadda saxlamaq lazımdır ki: • Herpes virusu orqanizmdə ömür boyu yaşayır, əsasən sinir sistemində olur və özünü heç nə ilə büruzə vermir. Buna görə də xəstələr çox vaxt öz partnyorlarını yoluxdururlar. • Herpes immun sisteminə dağıdıcı təsir göstərir, xəstəliyi çoxsaylı təkrarlanması immun çatışmazlığı vəziyyətinə gətirir çıxardır. • Adi herpes virusu hamiləlik və doğuş patologiyasının inkişafına - qəfil abortlara və dölün bətndaxili ölümünə gətirir. Müalicə: Virus əleyhinə preparatlarladır. Onlar həkim tərəfindən təyin edilir.
İçerik başlığı: Herpes Ucuq
Eklenme tarihi: 2017-02-27 15:02:08
Okundu: 441
« Geriyə dön
Browser: CCBot/2.0 (http://commoncrawl.org/faq/)
IP: 54.163.65.30
cate Ana Sayfa
saygac saygac Statok.net
Yaniq.Ru | 2016