logo

Sifilis qədim dövrlərdən məlumdur. Pensilinin kəşfindən sonra sifilis azalmış, amma son vaxtlar yenə də çoxalıb. Bu xəstəlik solğun treponema adlanan bakteriya tərəfindən törədilir. İlk əlamətlərin üzə çıxması - 10 gündən 80 günə qədər çəkə bilər. Əlamətlərə görə xəstəlik 3 dövrə bölünür. Birincili sifilis - bakteriyanın daxil olduğu yerdə ağrısız bərkimənin əmələ gəlməsi ilə xarakterizə olunur. Bu törəməyə bərk şankr deyilir. Cinsi əlaqənin yolundan asılı olaraq şankr cinsiyyət üzvlərində, udlaq 'badamcıqlarında, düz bağırsaqda və ya dəridə əmələ gələ bilər. İkincili sifilis - dəridə və selikli qışalarda səpgilər və sifilitik keçəlləşmə ilə özünü büruzə verir. Üçüncülü sifilis - yoluxmadan bir neçə il sonra inkişaf edir və sinir sisteminin, dayaq-hərəki aparatın və ürəyin zədələnməsi ilə xarakterizə olunur. Sifilisə yeni doğulmuşlar da yoluxurlar, dəri, gözlər, sümüklər, qaraciyər və dişlər zədələnir. Xəstəlik ancaq ilk mərhələdə müalicə olunur, əgər son mərhələyə keçərsə inkişafını ancaq dayandırmaq olar. Vurduğu ziyan dönməzdir. Yadda saxlamaq lazımdır ki: • Sifilis diaqnozu yalnız qan analizindən sonra qoyulur • Sağalma yalnız laborator analizlərin göstəricilərinə əsaslanaraq müəyyən edilir. Müalicə: • Antibiotiklər/antibakterial preparatlardadır. Onlar həkim tərəfindən təyin edilir. • Müalicəni olduqca tez başlamaq lazımdır - bu fəsadlaşmanın qarşısını alır.
İçerik başlığı: Sifilis Xəstəlik
Eklenme tarihi: 2017-12-11 03:31:41
Okundu: 1078
« Geriyə dön
Browser: CCBot/2.0 (http://commoncrawl.org/faq/)
IP: 54.91.171.137
cate Ana Sayfa
saygac saygac Statok.net
Yaniq.Ru | 2016