logo

Trixomonaz - sidik cinsiyyət sistemi üzvlərinin selikli qişasının iltihabıdır - yanma gicişmə, çoxlu miqdar sarı rəngli pis qoxulu irin ifrazatı ilə müşayiət olunur. Trixomonada adlanan birhüceyrəli parazit vasitəsilə yayılır. Uşaqlıq yolunu və sidik kanalının selikli qişasını zədələyir. Kişilərdə əlamətləri azdır və ya heç yoxdur. Qadınlarda sidik ifrazı zamanı yanğı hissi, qaşınma, uşaqlıqdan kəskin iyli, köpüklü, ağımtıl ifrazat gəlir. Ona görə də, özləri də bilmədən infeksiya daşıyıcısı olurlar. Əlamətlər yoluxmadan 4 gündən 3 həftəyə qədər müddətində üzə çıxa bilər. Müalicə trixomonaza qarşı həblərlə aparılır, təkrar xəstələnməmək üçün eyni vaxtda hər iki partnyor müalicə olunur. Ən çox yayılmış trixomoniaz - sidik-cinsiyyət üzvlərinin trixomoniazıdır, ikinci yerdə - düz bağırsaq trixomoniazıdır. Yadda saxlamaq lazımdır ki: • Vaxtında olmayan və ya düzgün aparılmayan müalicədən sonra trixomoniaz xroniki formaya keçə bilər. • Yoluxmuş anaların uşaqlarının 5%-i trixomoniazlı xəstə olur Müalicə: • Parazit əleyhinə preparatlarla müalicə olunur • Müalicə mütləq həkimin təyinatı və müşahidəsi altında aparılmalıdır
İçerik başlığı: Trixomonaz xəstəlikləri
Eklenme tarihi: 2017-03-28 11:49:13
Okundu: 573
« Geriyə dön
Browser: CCBot/2.0 (http://commoncrawl.org/faq/)
IP: 54.159.145.68
cate Ana Sayfa
saygac saygac Statok.net
Yaniq.Ru | 2016