logo

Sitomeqalovirus (SMV) herpes viruslarının ailəsinə mənsubdur. Bu ailə sadə virusları, su çiçəyini törədən virusları, infeksion nononukleoz viruslarını birləşdirir. SMV sidikdə, ağız suyunda, ana südündə, qanda, göz yaşında, spermada, uşaqlıq yolu(vagina) möhtəviyyatında və s. aşkar edilir. SMV orqanizmin mayeləri ilə yaxın təmas zamanı keçə bilər. SİMPTOMLAR • Zəiflik; • Yüksək hərarət; • Boğazda ağrılar; • Yorğunluq əlaməti; • Limfa vəzlərinin şişkinlik. Bu xəstəlik əsasən latet (gizli) şəkildə keçir. İnsan özünün yoluxmasını hiss etmir. Xəstəlik anadan uşağa keçərsə, onun klinikası və fəsadları çox ağır olur. Yoluxmuş döldə mərkəzi sinir sisteminin (MSS) qüsurları inkişaf edir. SMV AIDS olan xəstələrin ölümünün əsas səbəblərindən biridir. DİAQNOSTİKA SMV-yə PZR metodu ilə spesfik əkiscismlərin təyin edilməsi ilə diaqnoz qoyulur. MÜALİCƏ Alimlər SMV vaksininin hazırlanması və anadangəlmə xəstəliyin proflaktikası üzərində işlər aparılır. Hazırda əldə olan dərman peraparatları çox ciddi əlavə təsirlərə malik olduğundan, onlardan ancaq SMV xəstələrinin müalicəsində istifadə edilir. Ureaplazma - Mikoplazma Ureplazma (ureplasma urealyticum) və mikoplazma (mycoplasma genitalium) sidik-cinsiyyət sistemində iltihabı proseslər törədən mikroorqanizmlərdir. ÖTRÜLMƏ YOLLARI: • Cinsi yol; • Anadan uşağa; • Transplantasiya (orqanların köçrülməsi) zamanı. SİMPTOMLAR: • Sidik ifrazı zamanı yandırma; • Daim sidik ifrazına çağrış hissiyatı; • Sidik kisəsinin dolması zamanı güclü diskomfort; • Qadınlarda qaşınma və pis iyli ifrazat; • Kişilərdə -uretradan (sidik kanalından) tutqun rəngli selikli ifrazat. Ureaplazma spermatozoiddə uzun müddət parazit həyatı keçirə bilir, bunula da onun hərəkətini zəiflədir və nəhayət sonsuzluğa səbəb olur. DİAQNOSTİKA Diaqnoz vaginadan (uşaqlıq yolundan) və kişi cinsiyyət üzvündən götrülən yaxmaların müayinəsi (flüoressensiya və ya PZR testi) əsasında qoyulur. MÜALİCƏ Xəstəliyin başlanğıc dövründə antibiotiklərlə müalicə efektiv olur.
İçerik başlığı: Sitomeqalovirus
Eklenme tarihi: 2017-11-18 09:56:40
Okundu: 970
« Geriyə dön
Browser: CCBot/2.0 (http://commoncrawl.org/faq/)
IP: 54.161.108.158
cate Ana Sayfa
saygac saygac Statok.net
Yaniq.Ru | 2016